Ermənistanda omikronun yeni substramı olan "Acrux"a yoluxma halı qeydə alınıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 12-nə olan məlumata görə, son 7 gün ərzində ölkədə 71 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 29 fakt çoxdur. Müsbət test nəticələrinin sayı da artıb: onlar ümumi testlərin 29,1%-nə çatıb (ötən həftə - 28,4%).
Səhiyyə Nazirliyi koronavirus və kəskin respirator xəstəliklərin qarşısının alınması məqsədilə əhalini Covid-19 və mövsümi qripə qarşı peyvənd etməyə, xarakterik simptomlar yaranarsa həkimə müraciət etməyə çağırır.