Rusiyanın Saratov vilayətinin Engels şəhərində sənaye müəssisəsində partlayış baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sentyabrın 13-də səhər saatlarında qaynaq işləri zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində yanar maddələrin saxlandığı anbarın yaxınlığında partlayış baş verib. Nəticədə bir nəfər ölüb
Prokurorluq hadisə ilə bağlı araşdırma aparır.