Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada zavodda partlayış olub

12:37 - 13 Sentyabr 2023 tarixində dərc olunub.

Rusiyanın Saratov vilayətinin Engels şəhərində sənaye müəssisəsində partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 13-də səhər saatlarında qaynaq işləri zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində yanar maddələrin saxlandığı anbarın yaxınlığında partlayış baş verib. Nəticədə bir nəfər ölüb

Prokurorluq hadisə ilə bağlı araşdırma aparır.

Müəllif: Ucnoqta.az redaksiyası