Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda dövlət çevrilişinin hazırlanması ilə bağlı yayılan xəbərləri təkzib edib
Ucnoqta.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda dövlət çevrilişinə hazırlıq barədə məlumatı “mifologiya” adlandırıb.
"Sosial şəbəkələrdə Ermənistanda çevrilişin planlaşdırıldığı barədə məlumatlar yayılıb - guya Vaqner qruplaşmasının 2000-ə qədər döyüşçüsü Ermənistana köçürülüb. Bu məlumatın təsdiqi yoxdur. Bu qədər insandan danışırıqsa, onlar haradadırlar? Bu, milyard əhalisi olan ölkə deyil. Bu, daha az əhalisi olan bir ölkədir. Çox güman ki, bu insanları görüb, görəcəkdilər. Bütün bunlar başqa mifologiya kateqoriyasındandır. Mən bunu sadəcə içlik kimi təsnif edə bilərəm”, - Zaxarova bildirib.