Rusiyanın itkiləri 270 mini ötdü - SİYAHI

10:45 - 13 Sentyabr 2023 - DÜNYA

Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələri 590 rus hərbçisini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir. Bununla da Rusiyanın canlı qüvvə itkilərinin ümumi sayı 270350 olub. 

Bundan əlavə, Rusiyanın hərbi texnikada ümumi döyüş itkiləri artıb:

tanklar - 4584 (+16), zirehli döyüş maşınları - 8792 (+14), artilleriya sistemləri - 5902 (+30), reaktiv yaylım atəş sistemləri - 766 (+2), hava hücumundan müdafiə sistemləri - 517 (+2), təyyarələr - 315 ,
helikopterlər - 316, əməliyyat-taktiki PUA-lar - 4650 (+5), qanadlı raketlər - 1455, gəmilər/qayıqlar - 19, nəqliyyat vasitələri və sisternlər - 8444 (+31), xüsusi texnika - 884 (+3).

Xəbər xətti