Yaponiyanın Baş naziri hökumət dəyişiklikləri zamanı Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərlərini dəyişib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida hökumət dəyişikliyi zamanı Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərlərini dəyişib, eyni zamanda Nazirlər Kabinetinin əsas strukturunu və onun rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyini faktiki olaraq dəyişməz buraxıb.
Nazirlər arasında qadınların sayı ilk dəfə olaraq 5-ə çatdırılıb. Hökumətin yenilənmiş siyahısını Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno oxuyub, o da öz vəzifəsini qoruyub saxlayıb. Xarici işlər naziri postunu üç dəfə ədliyyə naziri vəzifəsində çalışmış Yoko Kamikava tutub