Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Amur vilayətindəki Vostoçnıy kosmodromunda görüşüblər.
Ucnoqta.az xəbər verir ki, bundan sonra Putin və Kim Çen In arasında həm nümayəndə heyətlərinin iştirakı ilə, həm də bəlkə də üz-üzə danışıqlar aparılacaq.
TASS-ın müxbiri xəbər verir ki, görüş zamanı dövlət başçıları qısa danışıblar. Prezidentin mətbuat katibi Dmitri Peskovun bildirib ki, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən ticarət-iqtisadi əlaqələr və mədəni mübadilələr müzakirə olunacaq, həmçinin regiondakı vəziyyət və ümumilikdə beynəlxalq məsələlərlə bağlı zəngin fikir mübadiləsi aparılacaq.
Rusiya dövlətinin başçısı bir gün əvvəl Şərq İqtisadi Forumunda iştirak etdiyi Primoryedən buraya uçub. KXDR lideri qatarla kosmodromun dəmir yolu stansiyasına gəlib.