Tokio raket buraxılışı ilə bağlı Şimali Koreyaya kəskin etirazını bildirib
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. Matsuno deyib ki, ölkə hökuməti ballistik raketlərin buraxılması ilə bağlı Pekindəki səfirlik vasitəsilə KXDR-ə öz etirazını bildirir.
Şimali Koreya çərşənbə günü iki qısa mənzilli ballistik raket buraxıb.