Şimali Koreyanın buraxdığı iki raket qısa mənzilli ballistik olub

08:03 - 13 Sentyabr 2023 - DÜNYA

Şimali Koreya çərşənbə günü iki qısa mənzilli ballistik raket buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

O qeyd edir ki, raketlər Pxenyan yaxınlığındakı Sunan bölgəsindən buraxılıb.

Bundan əvvəl Yaponiya Sahil Mühafizəsi Yapon dənizinə doğru iki, ehtimal ki, ballistik raketin buraxılması barədə məlumat vermişdi.

Xəbər xətti