ABŞ Ukraynaya 100 milyard dollardan çox yardım edib

23:03 - 12 Sentyabr 2023 - DÜNYA

ABŞ-ın Ukraynaya yardım üçün ayırdığı vəsaitin ümumi məbləği 110,97 milyard dollar təşkil edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı Ağ Evin İdarəetmə və Büdcə Ofisinin sərəncamında olan məktubuna istinadən məlumat yayıb.

Məktub bir qrup respublikaçı senatorun hələ 2023-cü ilin yanvarında Ağ Evə göndərdiyi sorğuya cavab olaraq hazırlanıb. Sənəddə ABŞ-ın Kiyevə hərbi, maliyyə və humanitar sahələrdə yardım göstərmək üçün nə qədər vəsait ayırdığı göstərilir. Məktubdan belə çıxır ki, 110,97 milyard dollar məbləğində vəsaitin 101,19 milyard dolları artıq xərclənib.

Bu məbləğ avqustda ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən Ukraynaya maliyyə ayrılması üçün göndərilmiş yeni sorğu nəzərə alınmır. Onun həcmi 24 milyard dollardır ki, bunun da 13 milyard dolları hərbi ehtiyaclar üçün nəzərdə tutulub.

Xəbər xətti