Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
"Report" xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İordaniya yığmasını qəbul edəcək.
"Dalğa Arena"da gerçəkləşəcək qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü türkiyəli Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Beynəlxalq yoldaşlıq oyunu
20:00. Azərbaycan - İordaniya
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Bakı. "Dalğa Arena".
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə uduzub.