Qarabağdakı qondarma seçkiləri tanımırıq - Dövlət Departamenti

22:22 - 11 Sentyabr 2023 - SİYASƏT

ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçilərın keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

“Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”, - sözçü qeyd edib.

Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.

Xəbər xətti