Qarabağ Azərbaycanın bir hissəsidir - İran XİN

13:35 - 11 Sentyabr 2023 - SİYASƏT

İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ilə bağlı mövqeyi heç kimdən gizli deyil.

Ucnoqta.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni rejiminin keçirdiyi “seçkilər”lə bağlı sualı cavablandırarkən bildirib.

O qeyd edib ki, Tehran Bakı və İrəvanla daim təmasdadır:

"Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir və bu bölgənin sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyən edilməli və təmin edilməlidir. Bu bizim aydın mövqeyimizdir", - sözçü qeyd edib. 

Xəbər xətti