Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur - Avropa Şurasının Baş katibi

14:19 - 10 Sentyabr 2023 - SİYASƏT

Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur.

APA-nın xəbərinə görə, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç X sosial şəbəkəsində yazıb.

Qeyd edilib ki, regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır: “Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa getməyə və sülhü bərpa etməyə çağırır. Avropa Şurası dəstək verməyə hazırdır”.

Xəbər xətti