Britaniya Qarabağdakı qondarma “seçkilər”i tanımır

10:33 - 10 Sentyabr 2023 - SİYASƏT

Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır".

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsində paylaşım edib.

"Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", - səfir qeyd edib.

Xəbər xətti