Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 274 m² (hər mərtəbəsi 137 m²) olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərdən (mağaza və restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində restoranın mansardasının taxta üzlüyü və dam örtüyü 80 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.