Sentyabrın 4-də Ağdaş şəhərində yerləşən telefon mağazasından və aptekdən ümumilikdə 1900 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az- verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.