Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev “Qarabağ”la vidalaşıb.
29 yaşlı qapıçı bununla bağlı instaqram səhifəsində paylaşım edib.
Türkiyənin “Adana Dəmirspor” klubu ilə 2 illik müqavilə bağlayan qolkiper Ağdam təmsilçisinə təşəkkürünü bildirib: “Son damlaya qədər sevmək və döyüşmək lazımdır. Hər şey üçün təşəkkür edirəm, sevimli “Qarabağ”.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən bəri “Qarabağ”ın formasını geyinib.
16:19
“Qarabağ” futbolçusu Şahruddin Məhəmmədəliyevlə vidalaşıb.
“Report” xəbər verir ki, Ağdam klubu bununla bağlı videoçarx hazırlayıb.
Sosial şəbəkədə paylaşılan videoda 29 yaşlı qapıçının görüntüləri, “Qarabağ”ın heyətindəki qurtarışlar təqdim olunub. Azərbaycan çempionunun paylaşımında “Təşəkkürlər, Şah!” yazılıb.
Onun Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olunduğu yazılıb.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”ın formasını geyinib.