G20 ölkələri Çinə görə Ukrayna məsələsində razılığa gələ bilməyiblər - Sunak

13:10 - 8 Sentyabr 2023 - DÜNYA

Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Çinin mövqeyinə görə G20-yə üzv ölkələr sammitdə Ukrayna və iqlim məsələlərində hələ razılığa gələ bilməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentlik xəbər verir ki, Sunak bildirib ki, Çin sammitin iki əsas mövzusu: Ukraynadakı vəziyyət və iqlim problemi üzrə təkliflərə etiraz etdiyi üçün G20 ölkələri Yeni Dehlidə keçiriləcək iki günlük sammit öncəsi birgə bəyanatla bağlı razılığa gəlməyiblər.

Britaniyanın baş naziri həmçinin hökumət rəsmiləri arasında hazırkı danışıqları “çətin” adlandırıb.

Xəbər xətti