Afrika ölkələrinə tədarük edilməsi nəzərdə tutulan Rusiya taxılının Tuapse və Novorossiysk limanlarına yüklənən 40 gəmi ilə ixracı planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiyadan tədarük olunan taxılın 25 min ton yükgötürmə qabiliyyəti olan gəmilərlə daşınması planlaşdırılır. Gəmilər Tuapse və Novorossiysk limanlarında taxıl yükləyə biləcəklər, cədvəl yaxın günlərdə dəqiqləşdiriləcək.
İlk mərhələdə unun Mali, Somali, Zimbabve, Burkina Faso, Eritreya və Mərkəzi Afrika Respublikasına göndəriləcəyi dəqiqləşib.