"Mançester Yunayted"in futbolçusu Braziliya yığmasından qovulub

10:45 - 5 Sentyabr 2023 - İDMAN

“Mançester Yunayted”in hücumçusu Antoni ailədaxili zorakılıq iddialarına görə 2026-cı il dünya çempionatının seçmə mərhələsi üçün Braziliya yığmasından qovulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti məlumat yayıb.

""Mançester Yunayted"in hücumçusu Antoni ilə bağlı bu bazar ertəsi açıqlanan faktlarla əlaqədar olaraq araşdırma aparılmalı və zərərçəkənin müdafiəsi üçün oyunçu Braziliya millisindən uzaqlaşdırılıb”, - məlumatda deyilir.

Milli komandaya “Mançester Yunayted”in futbolçusu əvəzinə Londonun “Arsenal” klubundan Qabriel Jezus çağırılıb.

Xəbər xətti