Rusiya sentyabrın 6-dan buğdaya ixrac rüsumunu artıracaq
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumata görə, 2023-cü il sentyabrın 6-dan sentyabrın 12-dək Rusiya Federasiyasından buğda və meslin (buğda və çovdar qarışığı) ixracına görə rüsumun məbləği hər ton üçün 3 min 729,2 rubl olan hazırkı məzənnəyə qarşı 4 min 7,6 rubla qədər artırılıb.
Arpanın rüsumu bir ton üçün 431,8 rubl olan hazırkı tarifə qarşı 574,8 rubl, qarğıdalı üçün rüsum bir ton üçün 1931,5 rubla qarşı 1954,9 rubla qədər artırılacaq.
Buğda üçün ixrac rüsumunun dərəcəsi bir ton üçün 238,6 ABŞ dolları, arpa üçün bir ton üçün 175,3 dollar, qarğıdalı üçün 196 dollar/ton indikativ qiymət əsasında hesablanır.