Piyadanı vuraraq qaçan sürücü yeniyetmə imiş

10:32 - 1 Sentyabr 2023 - HADİSƏ

Sabirabadda ötən gün piyadanı vurub öldürərək hadisə yerindən qaçan şəxsin kimliyi müəyyənləşib.

APA-nın əldə etdiyi xəbərə görə, 2007-ci il təvəllüdlü Sabirabad rayon sakini Novruzlu Kənan Əbülfəz oğlu “Ford Transit” markalı yük avtomobilini sürücülük hüququ olmadan idarə edərək, Sabirabad rayonu ərazisində hərəkətdə olan zaman 1957-ci il təvəllüdlü piyada, Sabirabad rayon sakini Məhərrəmov Qurbanəli İsmayıl oğlunu ehtiyatsızlıqdan avtomobillə vuraraq hadisə yerindən qaçıb.

Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər xətti