Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə “Beton yol” deyilən ərazidə qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 37 yaşlı Samit Əliyev və azyaşlı övladı hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Məlumata görə, ailə məktəbli forması almaq üçün Bakıya gəlirmiş.