İlon Mask Baydenin yaşı ilə bağlı zarafat edib

08:32 - 1 Sentyabr 2023 - MARAQLI

Amerikalı milyarder İlon Mask özünün X sosial şəbəkəsində ABŞ-ın hazırkı prezidenti Co Baydenin yaşı ilə bağlı zarafat edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Mask Senatda respublikaçıların lideri, 81 yaşlı Mitç Makkonellə fotosunu dərc edən istifadəçilərdən birinin paylaşımına münasibət bildirib.

“Makkonnell və Bayden "Kript qoruyucusu" ("Tales from the Crypt" teleserialının personajı) rolu üçün makiyajsız və xüsusi effektlər olmadan sınaqlarda iştirak edə bilərlər!” - milyarder yazıb.

Xəbər xətti