"Olimpiya"nın baş məşqçisi mətbuat konfransına qatılmayıb

22:47 - 31 Avqust 2023 - Xəbər

Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi Joao Enrike Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransına qatılmayıb.

"Report"un məlumatına görə, təcrübəli mütəxəssisin bu addımının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan çempionu rəqibini iki oyunun (2:0, 1:1) nəticəsinə əsasən üstələyərək, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xəbər xətti