UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunununda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları Bakıda qarşılaşıb.
Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın 24-cü dəqiqəsində hesab açılıb. Toral Bayramov penalti zərəbsini dəqiq yerinə yetirərək "Qarabağ"ı önə keçirib. "Olimpiya"nın oyunçusu Dioqo Pinto 36-cı dəqiqədə hesabı bərabərləşdirib.
Oyun bu hesabla da yekunlaşıb.
Qeyd edək ki, Sloveniyada keçirilən qarşılaşma "Qarabağ"ın 0:2 qələbəsi ilə yekunlaşmışdı. İki oyunun nəticəsinə görə Azərbaycan təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
31 avqust
UEFA Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
20:00. "Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Sloveniya) - 1:1
Qollar: Toral Bayramov, 24-pen.(1:0), Kosta Pinto, 36 (1:1)
Baş hakim: Alexandro Ernandes (İspaniya)
İlk oyun - 2:0