"Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir" - Hikmət Hacıyev

13:18 - 31 Avqust 2023 - SİYASƏT

"Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir".

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında bildirib.

"Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - o paylaşımında qeyd edib.

Xəbər xətti