"Olimpiya”nın baş məşqçisi Joao Enrikeş Avropa Liqasının pley-off mərhələsinin bu gün Bakıda "Qarabağ"a qarşı keçiriləcək cavab oyunu haqda fikirlərini bölüşüb.
Ucnoqta.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk görüşdəki məğlubiyyətə baxmayaraq şanslarının davam etdiyini söyləyib:
"Hələ heç nə bitməyib. Biz Azərbaycana qələbə üçün gəlmişik. Qol buraxmadan, qol vurmaq lazımdır. Hücum edib sona qədər oynayacağıq. "Qarabağ” kifayət qədər təcrübəlidir. Lakin buna baxmayaraq, ilk oyunda göstərdik ki, onlarla rəqabət apara bilərik”.
"Qarabağ” Lyublyanadakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Cavba matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:00-da başlayacaq.