Xəbər verdiyimiz kimi, Azərbaycanın Livandakı səfirliyinə hücum edilib.
Ucnoqta.az xəbər verir ki, səfirliyə hücumun görüntüləri sosial şəbəkədə yayılıb. Belə ki, Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar