Cənubi Afrika Respublikasının Yohannesburq şəhərinin mərkəzində beşmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 56-ya çatıb
Ucnoqta.az xəbər verir ki, bu barədə şəhər fövqəladə hallar xidmətinin rəsmi nümayəndəsi məlumat verib. Məlumata görə, daha 43 nəfər xəsarət alıb. Bundan əvvəl 47 nəfərin öldüyünü bildirilirdi.
Xilasetmə işləri davam edir, ölənlərin sayının artması ehtimalı var.
Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Səhər tezdən başlayan yanğının səbəbi hələlik məlum deyil.