MİDA-nın 82,5 milyonluq tenderlərini bu şirkətlər uddu - Siyahı

09:40 - 31 Avqust 2023 - HADİSƏ

Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi 9 tender müsabiqəsinin qalibləri açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, tenderlərin ümumi məbləği 82 milyon 510 min 893 manat 66 qəpik edir.

Belə ki, MİDA "VK Lux" MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Hava-Limanı Zığ şosesi 8-ci km "10L” ünvanında yerləşən "Hövsan Yaşayış Kompleksi-2” üçün sürət məhdudlaşdırıcı tramplinlərin alınıb quraşdırılmasına görə 28 min 284 manat 60 qəpik ödəyəcək.

"Xanoğlanoğlu İnşaat" MMC-yə yaşayış komplekslərində istifadə olunan ofis tipli konteynerlərdə təmir işlərinin aparılmasına görə 47 min 718 manat 22 qəpik ödəyəcək.

"Amal Group” MMC-yə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 14, 15, 16 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisinə görə 12 milyon 298 min 573 manat ödəyəcək.

Yenə "Amal Group” MMC-yə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisinə görə 20 milyon 834 min 191 manat ödəyəcək.

"Hünər İnşaat” Firmasına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisinə görə 20 milyon 932 min 224 manat ödəyəcək.

"Electro Construction” QSC-yə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 23, 24, 25, 26, 27 və 28 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisinə görə 269 min 660 manat 68 qəpik ödəyəcək.

"Qaz Oil Building" MMC-yə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün qaz sayğaclarının quraşdırılmasına görə 143 min 929 manat 32 qəpik ödəyəcək.

"Araz İnşaatçı” MMC-yə Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisinə görə 7 milyon 32 min 651 manat 84 qəpik ödəyəcək.

Yenə "Hünər İnşaat” Firmasına Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisinə görə isə 20 milyon 923 min 661 manat ödəyəcək.

Xəbər xətti