“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib.
Ucnoqta.az xəbər verir ki, “CBC Sport”da yayımlanacağı razılaşdırılan Ağdam təmsilçisi sonradan qərarı dəyişib.
Tamaşaçılar avqustun 31-də baş tutacaq qarşılaşmanı AzTV və “İdman TV” telekanalı vasitəsilə izləyə biləcəklər.
Görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.