Fransa həm Azərbaycanın, həm də Ermənistanın mövqeyini nəzərə almalıdır - Rusiya XİN

15:36 - 30 Avqust 2023 - SİYASƏT

Fransa vasitəçi kimi çıxış etmək istəyirsə, həm Azərbaycanın, həm də Ermənistanın mövqeyini nəzərə almalıdır.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, bildirib ki, bir tərəfdən, “biz dəfələrlə demişik ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq səylərinə zidd olmayan, təkrar olunmayan və üstəlik, bu səylərə xələl gətirməyən hər hansı təşəbbüsləri alqışlayırıq”.

“Digər tərəfdən, Fransanın bu istiqamətdəki fəaliyyəti bizə yaxşı məlumdur. Və heç də az əhəmiyyət kəsb etmir, belə vasitəçilik səyləri çərçivəsində, sadəcə olaraq, ilk növbədə, münaqişənin hər iki tərəfinin - yəni həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Və bunsuz, artıq kifayət qədər qızdırılan vəziyyətin həllində hər hansı bir irəliləyişə inanmağa dəyməz. Bu, istənilən vasitəçiliyin alfa və omeqasıdır”.

Xəbər xətti