Avqustun 30-da keçirilən ticarət zamanı neftin qiyməti bahalaşıb
Ucnoqta.az xəbər verir ki, Brent markalı neftin qiyməti bir barel üçün 86 dolları ötüb. Londonun ICE birjasının məlumatına görə, maksimumda qiymətlər avqustun 15-dən bəri ilk dəfə 86,08 dollar/barelə yüksələrək belə səviyyəyə çatıb.
WTI markalı neftin bir barreli 81,8 dollara qədər bahalaşıb.