Bakıda qəza tıxaca səbəb oldu

14:16 - 30 Avqust 2023 - HADİSƏ

Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi və Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində qəza olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yolda nasaz avtomobillərin qalması səbəbindən sıxlıq yaranıb. Sıxlıq metronun “20 Yanvar” stansiyası istiqamətində yaşanır.

Bununla yanaşı, Heydər Əliyev prospekti, "Excelsior" hotelin qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də mərkəz istiqamətində sıxlıq var.

Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Xəbər xətti