Yaponiyada benzinin orta pərakəndə satış qiyməti bir litr üçün 185,6 iyena çatıb
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatında bildirilir. Bu statistikanın aparılmağa başladığı 1990-cı ildən bəri ən yüksək göstəricidir.
Hökumətin benzin satan şirkətlərə dövlət subsidiyalarını kəsməsindən sonra Yaponiyada yanacağın qiymətləri may ayından kəskin artıb. Bundan əlavə, mənfi amillər neftin qiymətinin artması və yenin dollara nisbətdə zəif məzənnəsi olub.
Yaponiya hökuməti yanacağın qiymətinə dəstək proqramını bu ilin sentyabrında dayandırmağı planlaşdırırdı. Bununla belə, benzinin qiymətinin rekord dərəcədə artması və yenin zəifləməsinin davam etməsi fonunda Yaponiyanın baş naziri Fumio Kişida istehlakçıların yükünü azaltmaq üçün yeni dəstək tədbirlərinin işlənib hazırlanması barədə göstəriş verib.