Qışda "Qarabağ"dan ayrılaraq "Krasnodar"la 3 illik müqavilə bağlayan Kadi Borges Malinovskinin Azərbaycana qayıtması ilə bağlı xəbərlər yayılıb.
Ucnoqta.az "Offsideplus.az"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin 27 yaşlı vingeri Rusiya klubundan 1 illik icarəyə götürməyə hazırlaşdığı bildirilir.
Dünən "Kəpəz"lə oyundan (1:1) sonra baş tutan mətbuat konfransında Qurban Qurbanov bu məsələyə münasibət bildirib. Mütəxəssis Kadi ilə danışıqlar aparmadıqlarını açıqlayıb.
Kadi 2021-ci ilin iyunundan 2023-cü ilin yanvarına qədər Azərbaycan çempionunun heyətində 41 oyun keçirib, 16 qol vurub.