İngiltərə Premyer Liqasının (APL) III turunun matçında "Mançester Siti" "Şeffild Yunayted"i 3:1 hesabı ilə məğlub edib. “Şəhərliləri”in baş məşqçisi Xosep Qvardiola üçün bu qələbə İngiltərə çempionatında 200-cü olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Sport-Ekspress” məlumat yayıb.
İspan mütəxəssis bu qələbələri turnir tarixində hamıdan tez qazanıb. 200 qələbə üçün ona 269 görüş kifayət edib. Ondan əvvəl rekord 322 matçda Premyer Liqada ilk 200 qələbəsini qazanan Ser Aleks Ferqyusona məxsusdur.