Salyan rayonunda qadın özünü yandıraraq intihar edib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün Qarabağlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Abasova Nərminə Əlikram qızı intihar etmək məqsədi ilə üzərinə alışqan maddə töküb.
Müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alan N.Abasova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq qadın bu gün xəstəxanada ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.