“Bu, təbliğatın iyrənc formasıdır” - Prezidentin köməkçisi “France24”ə cavab verib

12:53 - 19 Avqust 2023 - SİYASƏT

“Fransanın anti-Azərbaycan təbliğatı davam edir”.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

O bildirib ki, Fransanın “France24” məqaləsində Azərbaycanlı qadının 2020-ci ildə çəkilən fotosu “erməniləşdirilib”:

“Bu, təbliğatın iyrənc formasıdır. Obyektivlikdən, jurnalist etikasından uzaqdır”.

Xəbər xətti