Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb.
Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb