Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 10 otaqlı evdə yanğın olub

20:38 - 8 Avqust 2023 tarixində dərc olunub.

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Müəllif: Ucnoqta.az redaksiyası