Gəncə Dövlət Filarmoniyasının direktorunun əmək müqaviləsinə xitam verilib

18:44 - 7 Avqust 2023 - Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasının direktorunun əmək müqaviləsinə xitam verilib.

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifovun əmək müqaviləsinə, onunla bağlanan əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq, 07.08.2023-cü il tarixindən xitam verilib.

Xəbər xətti