Naftalanda qazi özünü yandırıb.
Ucnoqta.az-ın musavat.com -a istinadən verdiyi məlumata görə, Naftalanda özünü yandıran qazinin adı İlkindir.
Məlumatda qeyd edilir ki, hadisə az müddət öncə etiraz səbəbindən rayon icra hakimiyyətinin qarşısında baş verib. Lakin etirazın motivi haqda əlavə məlumat verilmir.
Bildirilir ki, qazinin vəziyyəti ağırdır və o, Bakıya gətirilir.