Britaniyalı müğənni Robbi Uilyams bu yaxınlarda verdiyi konsertdə az qala boğularaq öləcəkdi.
Ucnoqta.az xəbər verir ki, növbəti mahnının ifası zamanı ona hava çatmadığından musiqiçilərdən dayanmağı xahiş edib.
"Dayan" - Uilyams deyib.
Daha sonra pərəstişkarlarına uzun müddətdir ki, koronavirusla xəstə olduğunu və bunun nəticələri olduğunu bildirib.
Müğənni əlavə edib: "Yaş deyil. Axmaq uzun bir covid keçirdim".
Xoşbəxtlikdən o, özünü toparlayıb konserti davam etdirə bilib. Azarkeşlər ona dəstək olublar.