Ucnoqta.az
www.ucnoqta.az

Məşhur müğənni konsert zamanı az qala boğulacaqdı

10:37 - 20 İyun 2023 tarixində dərc olunub.

Britaniyalı müğənni Robbi Uilyams bu yaxınlarda verdiyi konsertdə az qala boğularaq öləcəkdi.

Ucnoqta.az xəbər verir ki, növbəti mahnının ifası zamanı ona hava çatmadığından musiqiçilərdən dayanmağı xahiş edib.

"Dayan" - Uilyams deyib.

Daha sonra pərəstişkarlarına uzun müddətdir ki, koronavirusla xəstə olduğunu və bunun nəticələri olduğunu bildirib.
Müğənni əlavə edib: "Yaş deyil. Axmaq uzun bir covid keçirdim".

Xoşbəxtlikdən o, özünü toparlayıb konserti davam etdirə bilib. Azarkeşlər ona dəstək olublar.

Müəllif: Ucnoqta.az redaksiyası