Xəstəxana direktoru işdən çıxarıldı

13:42 - 19 Mart 2026 - Xəbər

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, rayon mərkəzi xəstəxanasının direktoru Həsən Hüseynov vəzifəsindən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Xəbər xətti