Göyçayda qadın intihara cəhd edib.
Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, xəbər verir ki, hadisə rayonun Mirzə Hüseynli kəndində baş verib. Kənd sakini 1973-cü il təvəllüdlü Aygün Faxrət qızı Əhmədova bu gün yaşadığı evdə özünü yandırıb. Yanıq xəsarətləri alan qadın Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.