Cəlilabad rayonunda 55 yaşlı qadın intihar edib.
"Report"un məlumatına görə, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1968-ci il təvəllüdlü Mənsurə Bəbirova özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.